ABŞ Prezidenti Co Bayden ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədini imzalayıb.
Bayden ölkəsinin ratifikasiya sənədini imzalayaraq hər iki ölkənin alyansa üzvlüyünü alqışlayıb. Sənədin imzalanması ABŞ-ın sözügedən ölkələrin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı sonuncu addımdır.
Bayden qeyd edib ki, sənədin imzalanması Alyans üçün dönüş nöqtəsidir və bu, sadəcə Avropa və ABŞ üçün deyil, bütün dünyada daha güclü sülh və sabitlik üçün önəmlidir.
Ötən həftə ABŞ Senatında keçirilən səsvermədə senatorlar 95 lehinə, 1 əleyhinə olmaqla Alyansın genişlənməsini dəstəkləyib. Senatdakı şiddətlli qütbləşməyə baxmayaraq, həm demokrat, həm də respublikaçı senatorlar hər iki skandinav ölkəsinin alyansa üzvlüyünü güclü şəkildə dəstəkləyiblər.