BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla bu ölkə arasında diplomatik və xidməti pasport sahibləri qarşılıqlı vizalardan azad olunacaq

“Energetika sahəsində əməkdaşlıq, investisiya üçün geniş imkanlar var ”.

 

Pravda.az-ın məlumatına görə, Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

Ceyhun Bayramov deyib ki, turizm sahəsində əlaqələrin genişlənməsi üçün də yaxşı imkanlar var : “Görüşlərimizdə mədəniyyət, humanitar sahədə əlaqələr də diqqət yetirdik. Azərbaycan təhsil sahəsində təqaüd proqramları təklif edir. Əlcəzair tələbələri bu proqramlarda iştirak edir, gələcəkdə bu imkanlar daha da genişlənəcək ”.

 

XİN başçısı qeyd edib ki, bu gün Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizalardan azad olunması və iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrə bağlı protokol da imzalanıb.

Tarix: 10 Avqust 2022, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin