ABŞ-ın pizza restoranları şəbəkəsi “Dominos Pizza” İtaliyadakı son 29 restoranını bağlayıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ-ın pizza restoranları şəbəkəsi “Dominos Pizza” İtaliyadakı son 29 restoranını bağlayıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, İtaliyada şirkətin problemləri hələ COVID-19 pandemiyasının ilk dalğası zamanı başlayıb. Həmin vaxt istehsalçılar yerli çatdırılma xidmətləri ilə müqavilə bağlayaraq müəyyən qədər vəziyyətdən çıxa bilib. İtaliyadakı “Dominos Pizza”nın əsas biznes modeli müştərilərin məkana gəlişi idi. Lakin bu, tətbiq edilən məhdudiyyətlər şəraitdə qeyri-mümkün oldu.
Bu səbəbdən də, şirkət ötən ildən etibarən satış məntəqələrinin sayını tədricən azaltmağa başlayıb. Bu ilin iyulun 29-da isə şəbəkə sayt vasitəsilə pizza çatdırılması funksiyası da söndürüb.
Qafqazinfo