Ukrayna mənşəli tanınmış Fransa aktrisası Olqa Kurilenko koronavirusa yoluxub.

Pravda.az-ın xəbərinə görə, bu barədə aktrisa özünün “Instagram” səhifəsində məlumat paylaşıb.

“Koronavirus diaqnozu ilə evdə izolyasiya şəraitində oturmuşam. Artıq bir həftədir xəstələnmişəm. Hərarət və zəiflik – mənim əsas simptomlarımdır. Ehtiyatlı olun və bunu ciddiyə alın!”, - aktrisa belə yazıb.APA