“Fox News” və bir sıra böyük media qurumlarının sahibi olan milyarder Rupert Merdok altı illik evlilikdən sonra supermodel Cerri Holldan rəsmən boşanıb.
“Onlar yaxşı dost olaraq qalırlar və bir-birlərinə gələcək üçün ən yaxşısını arzulayırlar”, - deyə cütlüyün nümayəndələri mediaya bildiriblər.
Qeyd edək ki, supermodelin dünyanın ən zəngin iş adamlarından birindən ayrılmaq istədiyi barədə ilk dəfə iyulun əvvəlində məlum olub. Cerri Holl qərarını “barışmaz fikir ayrılıqları” ilə izah edib.