Azərbaycan “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Avropa ölkələri arasında 4-cü sırada qərarlaşıb.
Pravda.az xəbər verir ki, Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,82 avro (1,43 manat) təşkil edir.
Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda ötən ayın ortalarından etibarən “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 40 qəpik bahalanaraq 2 manata (1,15 avro) satılır.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu daha 2 ölkə var - Türkiyə və Belarus. “Aİ-95” markalı benzinin 1 litri Belarusdaa 0,90 avro, Türkiyədə isə 1,09 avroya bərabərdir.
Avropa ölkələrində Aİ-95 markalı benzinin qiyməti aşağıdaki kimidir:
Rusiya – 0,82 avro
Belarus – 0,90 avro
Türkiyə - 1,09 avro
Azərbaycan – 1,15 avro
Ermənistan – 1,28 avro
Ukrayna – 0,32 avro
Malta – 1,34 avro
Moldova – 1,41 avro
Şimali Makedoniya – 1,44 avro
Gürcüstan – 1,44 avro
Monteneqro – 1,45 avro
Polşa – 1,47 avro
Xorvatiya – 1,60 avro
Sebiya – 1,62 avro
Sloveniya – 1,62 avro
Rumıniya – 1,62 avro
Lüksemburq – 1,64 avro
Andorra – 1,66 avro
Bolqarıstan – 1,69 avro
Bosniya və Herseqovina – 1,71 avro