BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim: "Oktay Gülalıyevin səhhətində pisləşmə yoxdur"

“Bir qədər öncə Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”.

 

Pravda.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib.

 

A.Qeybulla bildirib ki, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır: “Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə sabah Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram”.


Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Tarix: 4 Noyabr 2019, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin