Müdafiə Naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu, təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
"Hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılması yolverilməzdir" - Müdafiə naziri
Pravda.az xəbər verir ki, nazir müşavirədə informasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Zakir Həsənov nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.