Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 8 dəfə atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bunlardan 7-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.
Digər 1 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla qeydə alınıb.