Pekin Texnologiya İnstitutu, Sinxua Universiteti və Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının mühəndisləri sübut ediblər ki, implantasiya edilmiş elektrodların köməyilə beynin xüsusi sahələrinin stimullaşdırılması yolu ilə bal arısının uçuşunu dəqiq idarə etmək mümkündür.
Müvafiq tədqiqat “Cyborg and Bionic Systems” jurnalında dərc olunub.