Koronavirusla bağlı şayiələr yayanlar cərimələnəcək.

Pravda.az-ın xəbərinə görə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.

Beləliklə, koronavirusla bağlı şayiələr yayılmasına görə vəzifəli şəxslər 2000 manatdan 5000 manata qədər, hüquqi şəxslər isə 5000 manata qədər cərimələnəcəklər.

Məsələ sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.