Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

İrəvan metrosuna bomba qoyulması xəbəri təsdiqini tapmadı

835
Paylaş:
İrəvan metrosuna bomba qoyulması xəbəri təsdiqini tapmadı

İrəvan metrosunun bütün stansiyalarına bomba qoyulduğu iddia edilən xəbərin yalan olduğu üzə çıxıb.

Bu barədə İrəvan Metropoliteninin mətbuat xidmətindən bildirilib.

“Axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib. Saat 21:30-da metroda iş bərpa olunub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu gün saat 16:46-da Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosunda bütün stansiyalara bomba qoyulması barədə xəbər yayılmışdı.

Paylaş:

Ən son xəbərlər