Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.
Serdar Kılıç İrəvandakı partlayışla bağlı başsağlığı verdi
Pravda.az-ın xəbərinə görə, diplomat bununla bağlı öz “Twitter“ səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”.