Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Bu partiyalar "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini təqdim ediblər - SİYAHI

759
Paylaş:
Bu partiyalar "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini təqdim ediblər -     SİYAHI

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:

Vətəndaş Həmrəyliyi Partiyası

Ana Vətən Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Böyük Quruluş Partiyası

Vəhdət Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Demokratik İslahatlar Partiyası

Vətəndaş Birliyi Partiyası

Milli Cəbhə Partiyası

REAL Partiyası

Azərbaycan Demokrat Partiyası

Böyük Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Ədalət Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası

Milli Vəhdət Partiyası

Aydınlar Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Cümhuriyyət Xalq Partiyası

Müstəqil Xalq Partiyası

Milli Həmrəylik Partiyası

Azərbaycan Respublikaçılar Partiyası

Azərbaycan Təkamül Partiyası

Milli Demokrat İdrak Partiyası

Gələcək Azərbaycan Partiyası

Haqq Ədalət Partiyası

Azərbaycan Yüksəliş Partiyası

Paylaş:

Ən son xəbərlər