Amerika tərəfi sanksiyaların ləğvini yoxlamaq və zəmanət vermək kimi iki əsas məsələni qəbul edib.
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Amoli İslam Respublikasının nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri ilə bu komissiyanın görüşündə bildirib.
O bildirib ki, Ə. Baqirinin təqdim etdiyi hesabata görə, danışıqlar zamanı iqtisadi səmərə və ölkəmizin xarici ticarətinə maneələrin aradan qaldırılması, o cümlədən neft satışına və onun resurslarına bankların çıxışına qanunsuz qadağaların aradan qaldırılması ciddi şəkildə diqqətdə saxlanılacaq.