BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistanda avtobusla yük maşını toqquşub, onlarla insan ölüb

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusu ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

 

Məlumata görə, avtobus Pəncab əyalətinin inzibati mərkəzi Lahordan Sind əyalətinin mərkəzi Kəraçiyə gedərkən Pəncabın Cəlalpur-Pirvala rayonunda magistral yolda yanacaq daşıyan yük maşını ilə toqquşub, nəticədə güclü yanğın baş verib. Hadisə zamanı avtobusun 18 sərnişini həlak olub.

 

Əraziyə yol polisi və xilasedicilər gəlib. Yaralılardan 8-i yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan ikisi həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

 

Xilasedicilərin verdiyi məlumata görə, avtobusda sürücü, konduktor və 24 sərnişin olub.

 

Report

Tarix: 16 Avqust 2022, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin