Türkiyə-İsrail münasibətləri bərpa tam şəkildə olunur. Hər iki ölkə qarşılıqlı səfir təyin etmək barədə qərarlar qəbul edib. İsrail-Türkiyə arasında ilk diplomatik münasibətlər 1949-cu ildə qurulub və Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir.
2010, 2013 və 2017-ci illərdə İsrail-Türkiyə arasındakı diplomatik münasibətlər pisləşmişdi.
Bəs Türkiyə-İsrail yaxınlaşmanı və iki ölkə arasındakı diplomatik münasibətlərin bərpasını təmin edən hansı amillər var?
- Azərbaycan-Ermənistan arasındakı 44 günlük müharibə hər iki ölkənin yaxınlaşmasını təmin edən əsas amillərdən biri oldu. Türkiyə və İsrail bu müharibədə Azərbaycanın yanında - eyni cəbhədə yer almışdı.
- Hər iki ölkənin Cənubi Qafqazda ciddi strateji maraqları var, Azərbaycan regionda əsas açar dövlət olduğuna görə Bakı-Ankara, Bakı-Təl-Əviv arasındakı isti münasibətlər Türkiyə-İsrail münasibətlərini də tarixi zərurət olaraq müsbət istiqamətə yönləndirməli idi. Azərbaycan hər iki ölkə arasında müsbət münasibətlərin bərpasında körpü rolunu oynadı.