Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.