Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir Zoe Daun Kolson-Sinkler etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb, əlaqələrin genişlənməsinin qarşılıqlı maraqlarımıza cavab verdiyini deyib. Azərbaycanla Yeni Zelandiyanın bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, siyasi sahədə yaxşı dialoqun mövcud olduğunu bildirən dövlət başçısı, eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan ölkələrimizin imkanları barədə məlumatların çatdırılmasının, biznes dairələri arasında təmasların qurulmasının zəruri olduğunu bildirdib.