Polşanın ən yaşlı sakini və dünyanın ikinci ən yaşlı qadını Tekla Yuneviç 116 yaşında vəfat edib.
Bu barədə Polşanın RMF radiostansiyası məlumat yayıb.
Yuneviç İkinci Dünya Müharibəsi bitdikdən sonra Polşanın cənubundakı Sileziyada yaşayırdı. O, 1906-cı il iyunun 10-da Lvovdan 40 km aralıda yerləşən Krupsko kəndində anadan olub.