Əfsanəvi boksçu Mayk Taysonun səhhətində problemlər yaranıb.
56 yaşlı Tayson Mayami hava limanında əlil arabasında görüntülənib. Maykın köməksiz hərəkət edə bilmədiyi müşahidə olunub. Lakin aerodromda həvəslə avtoqraf imzalayıb.
Bildirildiyinə görə, əfsanəvi boksçunun səhhətində ciddi problem yoxdur. Bir müddət belindəki problemlərə görə əlil arabasında hərəkət etməli olacaq.