Avqustun 25-də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarılacaq. Bundan əvvəl rəsmi Bakı bir daha göstərib ki, Azərbaycan nə vaxt və necə istəsə Qarabağda hərəkət edəcək.
Bir neçə gün əvvəl jurnalist Eynulla Fətullayev və operator Laçın və Zabuxda olub. O, burada Zabuxda olan “Erməni milli qvardiyası” ictimai təşkilatının rəhbəri, bloger Arşak Zakaryanla da danışıb.
Zakaryan görüşdən sonra “Hraparak” nəşrinə bildirib ki, jurnalist özünü İrəvandan olan avropalı jurnalist kimi təqdim edilib.
“Bizdən ermənilərin 90-cı illərdən sonra bu ərazilərə gəldiyini soruşdu, biz isə ermənilərin bura IV əsrdə (?) gəldiyini, bunun maddi sübutları olduğunu dedik”, - deyə Zakaryan gülünc doğuran açıqlama verib.
O qeyd edib ki, jurnalist Eynulla Fətullayev Rusiya sülhməramlı qoşunlarının zabiti ilə birlikdə hərəkət edib.