Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Vitse-spiker: ”Kişilər öpüşməsin”

1 185
Paylaş:
Vitse-spiker: ”Kişilər öpüşməsin”

“1720-ci ildə taun, 1820-ci ildə vəba, bu günlərdə - 2020-ci ildə koronavirus xəstəliyi dünyada geniş yayılıb”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  vitse-spiker Adil Əliyev deyib.

A. Əliyev bildirib ki, bu gün Baş Nazirin yerli icra hakimiyyəti orqanlara göndərdiyi məktubu əsas götürərək, tövsiyələrə əməl edilməlidir: “İclasların, toplantıların yalnız telefon, mobil elektron vasitə ilə keçirilməsinə üstünlük verilməlidir. Bizim deputatlıqla bağlı toxunulmazlığımız olsa da, koronavirusla bağlı bu səlahiyyət bizə verilməyib. Məqsədimiz insanlarla təmasdan yayınmaqdır. Azərbaycanda kişilərin öpüşmək məsələsinin qarşısını almaq üçün böyük təbliğata ehtiyac var. Məsələni çox uzatmadan qanun layihələrini səsə qoyaq və qanunları pozmayaq”.

Paylaş:

Ən son xəbərlər