Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Azərbaycanda karantin rejimlərini pozanlar azadlıqdan məhrum ediləcək

963
Paylaş:
Azərbaycanda karantin rejimlərini pozanlar azadlıqdan məhrum ediləcək

Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Pravda.az-ın xəbərinə görə, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş:

Ən son xəbərlər