Bakıda yol polisi avtomobilinin zəncirvari qəza törətməsinin görüntüləri yayılıb.
Pravda.az xəbər verir ki, görüntüdə hadisənin Xəzər rayonu ərazisində baş verdiyi bəlli olur.
Belə ki, 99 YP 457 dövlət qeydiyyat nişanlı BMW markalı xidməti avtomobil KİA markalı digər avtomobilə çırpılıb. O da öndə gedən "Mercedes"ə çırpılıb.