“WhatsApp” messencerində “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub.
Bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq.
Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir.
“WhatsApp” “birdəfəlik” faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır.