Ulyanovsk vilayətinin Nikolayevski rayonunda mikroavtobus və iki yük maşınının toqquşması nəticəsində 15 nəfər ölüb.
Pravda.az xəbər verir ki, ilkin məlumatlara görə, daha bir neçə nəfər, o cümlədən uşaqlar da xəsarət alıb.

Eyni zamanda, TASS-ın məlumatına görə, yeddi nəfər ölüb. Şəxsi “Mercedes-Benz” markalı mikroavtobus və iki yük maşınının toqquşduğu bildirilir.
Fövqəladə Hallar Xidməti əlavə edib ki, qəzaya düşən mikroavtobusda Qazaxıstan vətəndaşları olub.
APA