Türkmənistanın Azərbaycana yeni təyin olunan səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib.
Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Şuşaya səfər etdi
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
“Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib”.