Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.