Son günlər ətin bahalaşmasının əsas səbəbi kimi heyvan yemlərinin qiymətlərinin artması göstərilir.
Buğda, arpa, kəpək, yonca, saman, qarğıdalı... İri və xırdabuynuzlu heyvanların yemlənməsi üçün istifadə olunan bu yemlərin qiyməti son vaxtlar 50 faizdən çox artıb. Bahalaşma son bir il ərzində pik həddə çatıb.
Satıcılar deyirlər ki, mal-qara üçün daha çox yonca, kəpək və saman alınır. Bunların da qiymətlərində 40 faizə qədər bahalanma var.