Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəldi

789
Paylaş:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfərə gəldi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Paylaş:

Ən son xəbərlər