Avropa hökumətləri 2021-ci ilin sentyabrından regionda enerji böhranının yumşaldılması üzrə tədbirlərə təxminən 280 milyard avro ayırıblar.
Bu barədə “Bruegel” analitik mərkəzi məlumat yayıb.
Bu məbləğə regional biznes və adi vətəndaşlar üçün böhranın yükünü qarşılamağa yönəlmiş bütün dövlət xərcləri, o cümlədən Yunanıstanda kiçik biznes üçün tariflərin subsidiyalaşdırılması və Belçikada birbaşa ödənişlər daxildir. Eyni zamanda, ayrılan vəsaitin bir hissəsi hələ də reallaşdırılmayıb.