Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərliyi altında nümayəndə heyətini qəbul edib.
Bu barədə Pravda.az--a Azərbaycan XİN-dən məlumat verilib.
C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. Nazir bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu və ölkələrimiz arasında artan siyasi dialoqun, qarşılıqlı səfərlərin, ötən ay nazir müavinləri səviyyəsində Koreyada siyasi dialoqun münasibətlərin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu qeyd edib. Parlamentlərarası münasibətlərin əhəmiyyət daşıdığı, bu çərçivədə, Koreya Parlamentində Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri kimi So Byonq Sunun səylərindən məmnunluq ifadə olunub. Nazir, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb. Koreya ilə ölkəmiz arasındakı alternativ enerji resursları, işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi və s. yeni istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin olduğu diqqətə çatdırılıb. O eyni zamanda ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.