Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinə münasibət bildirib.
TBMM sədri: "Laçının Azərbaycanın nəzarətinə keçməsinin regiondakı sülhə töhfə verəcəyini arzulayırıq"
O, bu barədə tviter səhifəsində yazıb.
“Laçın şəhəri və ətrafındakı 2 kəndin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qayıtmasını məmnuniyyətlə qarşılayırıq. Bunun Cənubi Qafqazda sülh və sabitliyin təsis olunmasına, regiondakı normallaşma prosesinə təsir edəcəyini arzu edirik”, - Mustafa Şəntop vurğulayıb.