Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.