57 yaşlı qadın TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluq sonrası ana olub.
Bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib. Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib.