Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İsrail səfiri "Təbrizin sehirli nağılları" kitabının müəllifinin vəfatı ilə bağlı başsağlığı verdi

1 108
Paylaş:
İsrail səfiri "Təbrizin sehirli nağılları" kitabının müəllifinin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehirli nağılları" kitabının müəllifi, professor Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.


Pravda.az-ın xəbərinə görə, diplomat bu barədə Tvitter hesabında paylaşım edib.


Qeyd edək ki, ömrünü Təbrizin miniatür sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə ötən gün vəfat edib.


Cəmilə xanım Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb. O, Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanıb, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb.

Paylaş:

Ən son xəbərlər