Almaniya kansleri Olaf Şolts ölkəsinin Avropa İttifaqının genişlənməsinə sadiq olduğunu, Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanın da bu bloka qoşulmalı olduğunu deyib.
Kansler Şolts bu barədə Praqada Çarlz Universitetində çıxışında bildirib.
O deyib ki, Aİ üzv dövlətlərin dəyərlərini paylaşan bütün Avropa xalqları üçün açıqdır və o imperializm və avtokratiyanı rədd edir.
"Biz qadınların, kişilərin və uşaqların öldürülməsinə və ya azad ölkələrin xəritədən silinməsinə, divarlar və ya dəmir pərdələr arxasında yoxa çıxmasına səssizcə baxmayacağıq. Onların müharibələri ilə 19-cu və ya 20-ci əsrə qayıtmaq istəmirik, işğal və totalitar sistemlərə qarşıyıq", Şolts vurğulayıb.