İngiltərədən olan həvəskar bağban dünyanın ən uzun xiyarını yetişdirib.
Pravda.az-ın xəbərinə görə, tərəvəzin uzunluğu 1,1 metrdir
Bu uğurun sahibi Sauthemptondan olan Sebastyan Suskidir.
Onun sözlərinə görə, uzun müddətdir ki, uzun xiyar yetişdirir və bir neçə ildir Ginnesin Rekordlar Kitabına düşməyi planlaşdırırdı.
"Mənim dünya rekordu qırmaq üçün heç vaxt kifayət qədər vaxtım olmayıb", - bağban deyib.