Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məşhur "general" həbs edildi: Xankəndinə gedirmiş

1 371
Paylaş:
Məşhur "general" həbs edildi:     Xankəndinə gedirmiş

Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qanunsuz erməni silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.

Pravda.az xəbər verir ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.

O, Xankəndinə, mitinqə gəlirmiş.

M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.

M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.

Azxeber.com

Paylaş:

Ən son xəbərlər