"Azərbaycanda itləri güllələyirlər...": Qərb mediasında zaman-zaman bu cür qərəzli manşetlərə rast gəlirik.
Ölkəmizdə heyvan haqqlarını müdafiə edən bəzi qruplar da tez-tez oxşar şüarlarla etirazlar keçirir, Qərb təşkilatları isə bu məsələdən "Azərbaycanda insan haqqları pozulur" kimi qarayaxma kampaniyası həyata keçirir.
Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində erməni terrorçularının basdırdığı minaların axtarışı zamanı daha bir it tələf olub. Amma bu itin ölümündə günahkar Ermənistandır.
Qubadlıda minalanmış ərazilərimizin təmizlənməsi əməliyyatına cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it insan həyatını xilas edərkən tələf olub. Çünki Ermənistan 30 illik işğalçılığı dövründə ərazilərimizi minalayıb və indiyədək minaların dəqiq xəritələrini hələ də Azərbaycan tərəfindənə təqdim etməyib.
"Dina" da məhz işğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi və soyadaşlarımızın ora qayıdışı zamanı ermənilərin növbəti mina terrorunun qurbanına çevrilməməsi üçün öz fədəkar missiyasını həyata keçirirdi.
"Azərbaycanda itlər güllələnir", ermənilərin mina terroru hələ də davam edir, "Dina" adlı it ermənilərin mina terrorunun qurbanına çevrildi.