“Media cəmiyyətin güzgüsüdür”. Bu isə o deməkdir ki, cəmiyyət güzgüyə baxarkən özünü dolğun, dəqiq və faktlara söykənən informasiya ilə təmin edilmiş görürsə, deməli Azərbaycan mediası yaxşı işləyir və peşəkardır. Ədalət naminə qeyd etmək lazımdır ki, uzun müddət səriştəsiz idarəetmə səbəbindən yarıtmaz hala salınan Azərbaycan mediası Medianın İnkişafı Agentliyinin yaranması ilə özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Peşəkarlığın artırılması istiqamətində atılan addımlardan tutmuş, faktlara söykənən xəbərlərin istehsal edilməsinə, obyektivliyin qorunmasına, qarşı tərəfin mövqeyi alınaraq xəbərlərin yayımlanmasına, özəl materialların hazırlanmasına qədər bir çox istiqamətlərdəki dəyişiklikləri görmək mümkündür. Bu isə mediamızın gələcəyinin MEDİA ilə birgə daha da parlaq olacağına inamı artırır. Bu gün agentlik tərəfindən özəl materialların hazırlanması istiqamətində qoyulan tələblər, Reyestrin yaradılması, peşəkarlığa və peşə kodeksinin gözlənilməsinə önəm verilməsi MEDİAnın gördüyü işlərin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Agentlik yarandığı gündən jurnalistlərin sosial vəziyyətinin, eləcə də müxtəlif media qurumlarının maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atır. Bütün bunlar isə gələcəyə ümidləri daha da artırır. Mövzu ilə bağlı “Visiontv.az” saytının baş redaktoru Şöhrət El-Dəniz KONKRET.az-ın suallarını cavablandırıb.
İnformasiya bolluğu baxımından 20 özəl məlumatın hazırlanması nə dərəcədə vacibdir?
İnformasiya və yaxud analitik yönümlü xəbərlər, yazılar hazırlayan saytlar “copy-paste” edib, başlığı dəyişib yayımlamaqla yalnız bir dəfə öz oxucusunu aldadacaq. İkinci dəfə oxucu o sayta girməyəcək: “Ona görə də özəl və müəllif yazılarının hazırlanması üçün peşəkar baş redaktor Medianın İnkişafı Agentliyinin tələblərini gözləmədən də gündəlik olaraq öz oxucusunu yeni məlumat, təhlil və şərhlərlə təmin etməlidir. Yoxsa onun işlətdiyi media qurumunun mənası olmayacaq. İndi agentlik 20 özəl məlumatı, tərcüməni, müəllif yazılarını şərt kimi saytlara irəli sürüb və düz edir. Əgər layihədə iştirak edib MEDİA-nın şərtləri ilə razlaşırsansa, deməli qoyulan tələbi də yerinə yetirməlisən. Tələbin mahiyyətində isə saytlara öz işinə peşəkar yanaşma sərgilənir. Gün ərzində baş redaktor 20 xəbər, tərcümə, müəllif yazısı təşkil edib saytına qoya bilmirsə, bu halda adına niyə media qurumu deyir?! Mənim fikrimcə, bu tələb olmadan da hər bir sayt çalışmalıdır ki, maksimum özünə, oxucusunun zövqünə, öz dəsti xəttinə uyğun original yazılarla çıxış etsin”.

Mediada peşəkarlığın artırılması üçün hansı işlər görülür və daha nə kimi addımlar atılmalıdır?
Jurnalistika əslində peşədir. Peşə sahibi olmaq üçün istedad lazımdır: “Bəli istedadı yonub, cilalayıb peşəkara çevirmək üçün təhsil və təcürbə lazımdır. Bunun üçün jurnalistə səbr, təmkin, dözüm, aylarla təcürbələr, pulsuzluqdan ayaqla evə və yaxud işə gedib-gəlmək, səhərdən axşama kimi ac qalmaq, təzyiqlərə, təqiblərə, təhqirlərə dözmək lazımdır. Həmçinin digər pisliklər var ki, bütün bunları gözünün qarşısına alıb sona qədər getməli və peşəkar olmalıdır. Yoxsa inqibator cücələrinin içindən seçib irisini götürüb bəstələməklə jurnalist olmur”.
“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli də saytımızın suallarını cavablandırıb:
Media reyesterinin yaradılmasının önəmi nədir?

