Rusiyalı müğənni və model Anna Kalaşnikovanın sevgilisinin xəyanət etdiyi ilə bağlı şayiələrdən sonra halı pisləşib, o, insult şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl sosial şəbəkədə Kalaşnikovanın üç il münasibətdə olduğu sevgilisi bankir İvan Semyonovun Rusiyada tanınmış aparıcı, müğənni, aktrisa və dizayner Olqa Buzova ilə tədbirlərin birində səmimi görüntüləri yayılıb. Bundan əlavə, Semyonovun ona milyonlarla qiyməti olan hədiyyələr verdiyi öyrənilib.