“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.
Qeyd olunur ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.
Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə ölüb.