Dünyada koronavirusa yoluxmuş sənətçilərin sırasına 19 yaşlı amerikalı müğənni Şarlotta Lourens də qoşulub.
Pravda.az-ın xəbərinə görə, o, bunu sosial şəbəkə vasitəsilə açıqlayıb.
Sənətçi insanları bayıra çıxmamağa, yaxınlarına diqqət yetirməyə çağırıb. Həmçinin Ş.Lourens israrla küçəyə çıxmaq istəyənlərin eqoist olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 7 568 nəfərdir. Virus qurbanlarının sayı isə 117-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 208 471-ə çatıb. Bunların 82 909 nəfəri sağalıb, 8 312 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report