Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Operativ Qərargah məlumat yaydı

1 016
Paylaş:
Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 471 nəfərdir.

Ölkədə son sutka ərzində 4 071, hazırkı dövrədək isə 7 159 317 test aparılıb.

Paylaş:

Ən son xəbərlər