Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Argentinanın vitse-prezidentinə atəş açmaq istəyən şəxs saxlanıldı

927
Paylaş:
Argentinanın vitse-prezidentinə atəş açmaq istəyən şəxs saxlanıldı

Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.

Bu barədə “Cinco Noticias” kanalı məlumat yayıb.

Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Kadrlardan görünür ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.

Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.

Paylaş:

Ən son xəbərlər