Avropa Kosmik Agentliyinin peyk görüntülərinə görə Pakistan ərazisinin üçdə birindən çoxu daşqınlar səbəbindən su altında qalıb.
Bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, artıq qida çatışmazlığı yaranıb. Daşqınlar milyonlarla hektar əkin sahəsini və yüz minlərlə mal-qaranı məhv edib. Humanitar təşkilatlar yoluxucu xəstəliklərin artacağı ilə bağlı xəbərdarlıq edib.
Pakistanda yağışlar nəticəsində ölənlərin sayı 1 200 nəfəri keçib.Milli Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayı 1 208 nəfər təşkil edir.