Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirib.
XİN-dən Pravda.az-a verilən xəbərə görə, 2 sentyabr 2022-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.
Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.