Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 04-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti isti, yağmursuz keçib.
Nazirlikdən verilən məlumata görə, havanın temperaturu iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40° isti, Naxçıvan MR-da 40°-dək, dağlıq rayonlarda 36-dək° isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub. 28 gün davam edən isti və quraq havanın şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında proses sentyabrın 05-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.